Xaçmazda iki uşaq bağçası istifadəyə verildi - Video

15 2021 15:39

Xaçmazın Qusarçay kəndində uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. Bağça balacaların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün lazımi inventarla təchiz olunub. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradııb.

Xaçmaz şəhər 3 saylı körpələr evi – uşaq bağçasında da əsaslı təmir işləri aparılıb. Bütün lazımi avadanlıqlarla təhciz olunan məktəbəqədər təhsil müəsisisəsi 35 yerlikdir.