Qusarda 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası davam etdirilir - Video

17 2021 16:11

Qusarda COVİD-19 infeksiyasına qarşı yaşı 65-i ötmüş əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. İndiyədək rayon üzrə 300-ə yaxın vətəndaş vaksinasiya olunub. Poliklinikalarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə vətəndaşların qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər poliklinikalara müraciət edə bilərlər.