Füzulidən başlayıb, Şuşada bitən döyüş yolu - Video

17 2021 16:42

Fərid Seyfullayev 1991-ci ildə Xaçmaz şəhərində anadan olub. Evin tək oğlu olan Fərid 2016-cı Aprel döyüşlərindən sonra xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu kimi xidmətə başlayıb. O, Füzulidən Şuşayadək ağır döyüş yolu keçib. Qəhrəman döyüşçü noyabrın 6-sı Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Fərid Seyfullayev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.