Son illər Xaçmazda istixana şəraitində tərəvəzlərin yetişdirilməsinə maraq artıb. Rayonda ümumilikdə 23 hektar ərazidə istixana kompleksi var ki bunun 6 hektarında pomidor əkilib. Yeni yaradılan istixanada isə bu il ərzində 750 ton pomidor yığılacağı gözlənilir.