Quba Vətən Müharibəsi Qəhrəmanını qarşıladı - Video

23 2021 15:22

Vətən müharibəsi qəhrəmanı, Polkovnik Nizami Mövlanov 44 günlük savaşda Şuşayadək döyüş yolu keçib. Yaralanmasına baxmayaraq döyüşlərin son gününədək vuruşub. Qalib ölkənin qəhrəman zabiti bu gün doğulub boya başa çatdığı Qubada coşqu ilə qarşılanıb. Nizami Mövlanov işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" həmçinin Şuşanın, Xocavəndin, Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.