44 günlük Vətən müharibəsi bizə bir çox qəhrəmanları tanıtdı. Onlardan biri də şəhid Əli İbrahimovdur. Müharibənin ilk günü yaralanmasına baxmayaraq döyüşü davam etdirən Əli, oktyabrın 14-ü Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Əli İbrahimov ölümündən sonra 3 medalla təltif olunub.