Qubanın taxıl sahələrində gəmiricilərə qarşı mübarizə aparılır - Video

30 2021 17:11

Bol məhsul əldə etmək üçün ən zəruri işlərdən biri zərərvericilərə qarşı mübarizədir. Bu məqsədlə Quba rayon Bitki Mühafizə Mərkəzi tərəfindən cari ildə 6812 hektar sahədə müşahidələr aparılıb. 4 min hektara yaxın ərazidə isə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilib. Bu il havanın şaxtalı və yağıntılı keçməsi də əkin sahələrində zərərvericilərin azalmasına səbəb olub.