Ölkənin ilk uşaq kanalı - ARB Günəş 6 yaşında - Video

01 2021 14:59

Bu gün ölkəmizin ilk uşaq televiziya kanalı “ARB Günəş”in 6 yaşı tamam olur. Telekanal 6 illik fəaliyyəti dövründə azyaşlıların sevimlisinə çevrilib. Müxtəlif verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, mütaliə vərdişləri aşılayan ARB Günəşdə izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır. Telekanalda xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim olunur.