Vətən müharibəsində şəhid olan 21 yaşlı xüsusi təyinatlı - Video

02 2021 15:41

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igidlərimizdən biri də Vahid Baxşıyevdir. O, 1999-cu ildə Xaçmaz rayonunun Bayoba kəndində dünyaya göz açıb. Ailənin son beşiyi olan Vahid Füzuli və Xocavənddə bir sıra döyüş əməliyyatlarında iştirak edib. Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.