Şəhid Elşən Ağasıyev 1999-cu ildə Xaçmaz şəhərində anadan olub. Vətən müharibəsi başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanmışdı. Müharibənin ilk günlərindən döyüşlərə atılan Elşən Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Qəhrəman əsgər müharibənin 8-ci günü Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.