Xaçmazda Dekorativ Xalq Sənət Mərkəzi fəaliyyətə başlayıb

10 2017 10:55

Xaçmazda Dekorativ Xalq Sənət Mərkəzi fəaliyyətə başlayıb. Dərnəklərdə daş üzərində oyma, tətbiqi sənət, həmçinin rəssamlıq dərsləri təşkil olunacaq. 25 ildir daş üzərində oyma sənəti ilə məşğul olan Ədalət Elman deyir ki, bu dərnəklərin təşkili həm gənclərin boş vaxtlarının səmərəli təşkilinə, həm də unudulmaqda olan qədim sənət növlərinin təbliğinə müsbət təsir göstərəcək. 

İxtisasca rəssam olan  Ədalət Elmanın daş üzərində oyma ilə işlənmiş 500-ə yaxın müxtəlif əl işi var. Bu sənət nümunələri arasında dahi şəxsiyətlərdən ulu öndər Heydər Əliyev, Nəsrəddin Tusi, Səttar Bəhlulzadə, Bəxtiyar  Vahabzadə  və digərlərinin, həmçinin tarixi məkanların və mənzərələrin çay daşları üzərində əksi yer alıb. 

Son olaraq Vaqif Səmədoğlunun daş üzərində əksini hazırlayan sənətkar, hazırda  prezident İlham Əliyevin portreti üzərində çalışır.

Oyma ustası hazırladığı sənət nümunələrinin satışı ilə də məşğuldur. Belə ki, böyüklüyündən asılı olaraq əl işlərinin qiyməti 200-500 azn arasnda dəyişir.