"O Olmasın, bu olsun" tamaşası məktəblilərə təqdim olundu

18 2017 16:04

Qusar Dövlət Ləzgi Dram Teatrı Azərbaycan mədəniyyətinin ölməz incilərindən olan, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərini səhnələşdirib.

Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. 30-a yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı isə Şaik Qardaşovdur.

Dəfələrlə izlənməsinə baxmayaraq, ölməz əsərin qəhrəmanlarının replikaları, xüsusilə Məşədi İbadın çıxışları və musiqilər tamaşaçılara şən əhval-ruhiyyə bəxş edib.

Tamaşa Qusar şəhər Mədəniyyət Evinin səhnəsində aprelin sonunadək nümayiş etdiriləcək.Daha sonra teatrın kollektivi yeni tamaşanı ətraf rayonlarda və kənd klublarında da təqdim edəcək.