Güclü külək şimal regionunda ciddi fəsadlar törədib

24 2017 11:14

Ötən gecə şimal regionunda əsən güclü külək bir sıra fəsadlar törədib.

Külək Xaçmaz rayonunun elektrik təsərrüfatına ziyan vurub. Xaçmaz şəhəri ərazisində üç elektrik dirəyinin aşması nəticəsində bəzi küçələrə eləcə də Niyazabad inzibati ərazi dairəsinə aid kəndlərə enerjisinin verilişində fasilələr yaranıb. 

Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli binanın fasadı da küləyin təsiri nəticəsində qoparaq yerə tökülüb.

Bundan başqa şəhər ərazisində eləcə də Quba-Xaçmaz və Xaçmaz-Xudat yollarının kənarında bir neçə ağac kökündən qoparaq aşıb. 

Müvafiq icra strukturları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.