Şuranın maliyyə dəstəyi ilə televiziya proqramı hazırlanıb

02 2017 12:16

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfində həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində televiziya proqramı hazırlanıb. Xaçmaz rayonunda fiziki imkanları məhdud uşaqların təhsil problemlərindən bəhs edən proqramda Xaçmaz Təhsil Şöbəsinin nümayəndəsi, bu sahə üzrə ekspertlər, müəllim və valideynlər qatılıb.

Proqramda inklüziv təhsil alan uşaqlar üçün məktəblərdə ayrıca sinif otağının yaradılması, məktəb binalarında və Xaçmaz şəhərində fiziki imkanları məhdud uşaqların hərəkəti üçün müvafiq şəraitin yaradılması təklif olunub

Layihə çərçivəsində hazırlanan video sujetdə QHT-lərə Dövlət Dəstəyi Şurasının məsləhətçisi Gülsabah Ələsgərova şuranın fəaliyyəti dövründə bu istiqamətdə 102 layihəyə 809 900 manat vəsaitin ayrıldığını bildirib. Onun sözlərinə görə, şura bu il də xüsusi qayğıya ehtiyyacı olan uşaqlara həsr olunan 17 layihəni maliyyələşdirib. Bu layihələrə isə 106 min manat vəsaitin sərf olunacağı açıqlanıb.

Televiziya proqramı aprel ayının 29-u, saat 19:30-da ölkənin ilk uşaq kanalı olan “ARB Günəş” telekanalında yayımlanıb.