Xəzərdən başlayan su festivalı Qubada davam edib

02 2017 15:52

Quba Meydanında keçirilən festivalı minlərlə  sakin və şəhərin qonaqları izləyib. Əvvəlcə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib. Daha sonra festival istirakçıları su səyahətinin başlaması, Prezident İlham Əliyevin Xəzər dənizinin suyu ilə dolu olan səhəngi qubalı uşağa təhvil verməsi görüntülərini izləyiblər. Ardınca isə Xəzər dənizindən götürülmüş suyun Quba mərhələsinə qədər olan yoluna nəzər salınıb.

Tədbir “Mirvari”,”Şərq inciləri” rəqs qruplarının, qubalı mügənnilərin çıxışları ilə davam edib. Festival möhtəşəm lazer şou effekti və atəşfəşanlıqla başa çatıb. 

Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı mayın 3-də paytaxtın Qaradağ rayonunda olacaq.