Xaçmazda ev çökdü

03 2017 17:19

Hadisə rayonun Uzunoba kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Yaqubov Yaqub Ələddin oğluna məxsus ikimərtəbəli ev çöküb. Hadisə zamanı ev sahibləri evdə olmadığına görə xəsarət alan olmayıb. Kənd sakinləri hadisəyə aprel ayının 27 və 28-də baş verən güclü küləyin səbəb olduğunu bildirir. 

Çökən yaşayış evindən əşyaları çıxartmaq mümkün olmayıb. Evin çiy kərpicdən 1966-cı ildə inşa olunduğu bildirilir.