Xaçmazda 100 kq at əti aşkarlanıb

05 2017 12:18

İlkin araşdırmalar nəticəsində həmin heyvanın kənd sakini Məmmədov İsmayıl Müzəffər oğlu tərəfindən kəsildiyi müəyyənləşib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs 100 kiloqrama yaxın at ətini Bakı şəhərində satmaq niyyətində olduğunu bildirib.


Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. 


Orqanoleptik göstəriciləri standarta uyğun olmayan, qida üçün yararlığı şübhə doğuran at cəmdəyindən nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib.