"Qoca"nın Şuşa uğrunda gedən döyüşlərdən xatirələri

08 2017 12:40

“Qoca” ləqəbi ilə tanınan Sadıq Həsənov Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Keçmiş döyüşçü bildirir ki, Şuşanın işğalı mayın 8-dən 11-nə qədər davam edib. Şəhərə aparan cəmi 2 avtomobil yolunun olması onun strateji baxımdan necə  əhəmiyyəli olduğunu gösətirir.  Ermənilər isə Şuşaya həmin iki yoldan istifadə etmədən hücum edib.


Qarabağ müharibəsinə 1991-ci ildən Goranboydan könüllü əsgər kimi başlayan qəhrəmanım bölük komnadirinədək irəliləyib. Mayın 4-də o, Şuşa ətrafındakı Lısaqor aşırımı və Laçının Şam kəndində postrların qurulmasında iştirak edib. 11 illik döyüş yolunda 3 dəfə yaralanıb və çoxsaylı qəlpə yaraları alıb. 


60 yaşlı döyüşçü Sadıq Həsənov əmindir ki, Şuşanın və bütövlükdə Qarabağın işğaldan azad olunması tarixi elədə uzaqda deyil. Onda bu əminliyi hazırkı Azərbaycan ordusunun gücü yaradıb.