Xaçmazda insan sümükləri aşkarlanıb

08 2017 17:02

Bələdiyyə, icra və hüquq-mühafizə orqanlarının əməkdaşları insan skeletlərinin tapıldığı əraziyə baxış keçirdilər. Qalıqlardan müayinə üçün nümunələr götürüldü. 

Kəndin yaşlı sakinləri həmin ərazidə köhnə qəbiristanlıq olduğunu deyirlər. Tapılan insan skeletlərinin də itib-batan qəbirlərə aid olduğu ehtimal edilir. 

Ərazidə başqa insan sümüklərinin olub-olmadığını müəyyənləşdirmək üçün qazıntı işlərinə başlanacaq.