Xaçmazda küçələrin asfaltlanma işlərinə başlanılıb

09 2017 16:51

Xaçmaz  şəhərinin daxili küçələrində asfalt döşənir. Şəhərin içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması çərçivəsində aparılan işlərə bir neçə gün öncə başlanılıb. Şəhər daxili yolların bərpası üçün ilkin olaq 4 küçə seçilib və onların bəzilərində işlər yekunlaşıb. Proses  zamanı küçələrdə su və kanalizasiya borularının keçdiyi  hissəyə 10-12, digər yerlərə 5-6 sm qalınlığında asfalt  döşənəcək. 

Şəhər daxili yolların  eni də 6 metrdən 7 metrə qədər artırılıb. Asfalt döşənməsi işləri mərəhələli şəkildə aparılacaq. 

Ümümilikdə, asfaltlanma  çərçivəsində  şəhər daxili 50 kilometrdən çox yol bərpa olunacaq. Görülən işlərin noyabra kimi yekunlaşacağı gözlənilir.