II Dünya Müharibəsi Veteranı Şabran sakini Məmməd Əhmədov

09 2017 17:11

1939-cu ildə İkinci Dünya Müharibəsinin başlandığı vaxtda 18 yaşlı Məmməd Əhmədov cəbhəyə yollanıb. O, ilk olaraq SSRİ-Finlandiya  döyüşlərində iştirak edib. 1942-ci ildən Belarus cəbhəsində xidmə vuruşub. Stalinqradın müdafiəsində böyük şücaət göstərən qəhrəmanım 6 illik  döyüş yolunda 4 dəfə ağır yaralanıb.  Lakin Berlinin uğrunda  gedən döyüşlərdə də qəhrəmancasına iştirak edib.


99 yaşlı Şabran sakini Məmməd Əhmədov qələbədən 72 il ötməsinə baxmayaraq keçirdiyi döyüşləri və yoldaşlarını yaxşı xatırlayır. Bildirir ki, müharibə yaddaşında həm itirdiyi dostlarının acısı, həm də qələbənin böyük qüururu ilə iz salıb. Məmməd Əhmədov İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsində şücaətinə görə  Sovet İttifaqı tərəfindən 12 müxtəlif medalla təltif olunub.


Faşizm üzərində qələbə Azərbaycan xalqının da rolu az deyil. İkinci dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşlarıdır. Onların da  300 mindən çoxu azərbaycanlılardı.