Xaçmazda Qələbə günü qeyd olunub

09 2017 17:25

Xaçmazda Böyük Vətən müharibəsində tarixi Qələbənin 72-ci ildönümü qeyd olunub. Mərasim iştirakçıları İkinci Dünya müharibəsində canından keçən xaçmazlıların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

İkinci Dünya müharibəsinə Xaçmazdan 8739 nəfər yollanıb. Onlardan cəmi 5339 nəfəri geri qayıdıb. 3400 nəfər isə itkin düşüb, həlak olub. Hazırda Böyük Vətən müharibəsində iştirak etmiş xaçmazlılardan yalnız beşi yaşayır.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunub, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb. Bakı nefti isə faşizm üzərində Qələbə qazanılmasında mühüm rol oynayıb.