Qəbul imtahanlarında 685 bal topladı, amma nəticəsindən narazıdır

12 2017 11:37

Siyəzən sakini Çinarə Kərimova ali məktəblərə qəbul imtahanlarında Şimal regionu üzrə ən yüksək nəticə göstərib. 17 yaşlı qəhramanım ona təqdim olunan sullardan cəmi 3-nə cavab verməyib. 685 bal toplayan Çinarə göstəricisindən narazıdır. Buna görə o, iyun ayında keçiriləcək imtahanların ikinci mərhələsinə hazırlaşır. Çinarə növbəti imtahanda ən yüksək nəticə hesab edilən 700 bal toplamağı hədəfləyib.


Çinarə Kərimova Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. O, IV ixtisas qrupu üzrə imtahanda iştirak edib. Tibb Universitetinin tələbəsi adını qazanmaq istəyən qəhramanımın arzusu isə ürək-damar cərrahı olmaqdır. Valideyinləri bildirir ki, bu  peşə Çinarənin uşaqlıq arzusudur.


Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbin digər 5 şagirdi də bu il keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.