Qubada 5 otaqlı ev yanıb

12 2017 17:03

Yanğın Qubanın Timiryazev qəsəbəsində yerləşən evlərdən birində baş verib. Hadisə qəsəbə sakini Müşfiq Rəsulova məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli, 5 otaqlı evdə qeydə alınıb. Nəticədə evin dam örtüyünün və 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Hadisə zamanı ev sahibləri evdə olublar. Xoşbəxtlikdən onlardan xəsarət alan olmayıb. 


Evin qalan hissəsi yanğından mühafizə olunub .İlkin ehtimalara görə, yanğın elektrik naqillərindəki qısa qapanmadan baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.