Açıq su quyuları real təhlükə mənbəyidir

15 2017 16:48

Xaçmazın İlxıçı Məmmədxanlı kənd sakinləri uzun illərdir içməli su problemi yaşayır. 300 nəfərə yaxın kənd sakinləri həyətlərində quyular qazaraq arx suyunu duruldub içmək məcburiyyətində qalırlar. 


İlxıçı Məmmədxanlı kəndi dəniz kənarında yerləşdiyindən qazılan artezianlara su çıxmır. Bu səbəbdən kəndi içməli su ilə təmin etmək üçün 5 kilometr məsafədə yerləşən kənddə artezian quraşdırılıb.