Qəbul imtahanlarında yeniliklər

17 2017 17:20

Ali və orta ixtisas müəsislərinə sənəd qəbulunun vaxtı uzadılıb. Beləki, 16 mart – 11 aprel tarixlərində elektron ərizə qəbulunda  hər hansı səbəbdən iştirak edə bilməyən həm cari, həm də əvvəlki illərin məzunları mayın 22 dək  ali təhsil müəssisələrinin  5 ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün  Dövlət İmtahan Mərkəzinin regional bölmələrində yaradılan Sənəd Qəbulu Komisiyalarına  ərizələrini təqdim edə bilərlər. 


I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 27-də və iyunun 11-də  sınaq imtahanı keçiriləcək.İmtahanın ölkənin 11 şəhər və rayonunda 63 imtahan binasında təşkil olunacaq. Sınaq imtahanına sənəd qəbulu iyunun 6-dək davam edəcək.


Ali və orta təhsil müəssisələrinə qəbul qaydaları və imtahanlar haqqında daha ətraflı məlumatı  “Abituriyent” jurnalının yeni sayından da öyrənmək mümkündür.