Xaçmazda "İstedad sorağında" müsabiqəsi keçirilib

17 2017 17:28

Xaçmaz rayon Heydər Əliyev adına mədəniyyət mərkəzində ulu öndərin anadan olmasının 94-cü il dönümü münasibəti ilə “İstedadlar sorağında” devizi altında müsabiqə təşkil olunub. İstedad yarışı 14-yaşdan 29 yaşadək yeniyetmə və gənclər arasında bədii qiraət, mahnı ifaçılığı, aparıcılıq, musiqi alətləri, rəqs ifaçısı və aktyorluq bacarıqları üzrə keçirilir. 


Üç gün davam edəcək müsabiqənin sonunda  ən yüksək bal toplayan gənclər Xaçmaz Regional Mədəniyyət və Turizim İdarəsi tərəfindən mükafatlandırılacaq.