Şimal regionunda yerləşən çimərliklərin monitorinqinə başlanılıb

18 2017 16:53

Monitorinqi Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə aparır. Proses Bakı, Abşeron və Azərbaycanın cənubu ilə yanaşı şimal regionunda yerləşən bütün çimərlikləri əhatə edir. Yoxlamalar zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılır. Nümunələr  kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək.


Laborator analizlərin cavabları yaxın günlərdə məlum olacaq. Monitorinqlər yay mövsümü ilə əlaqədar mütəmadi olaraq aparılacaq və proses oktyabrın 1-dək davam edəcək. Ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Nabranda sahil zolağındakı çimərlik sahələr çimərlik kimi istifadəyə yararlı hesab edilib.