Xaşmaz rayonunda su sayğacları quraşdırılır

18 2017 17:11

Xaçmaz şəhərinin yeni çəkilən içməli su sitemində sayğacların qoyulmasına başlanılıb. Şəhər ərazisində sayğaclaşma  7800 abonenti əhatə edəcək. Hazırda briqadalar Xaçmaz şəhərinin Üzeyir Hacıbəyov, Mehdi Hüseynzadə və Engels küçələrində işləyirlər. Mayın əvvəlindən start götürən proses zamanı 300-dən artıq mənzilə sayğac qoyulub. Şəhərin dəmiyolundan alt hissəsində su sayğaclarının quraşdırılması yekunlaşıb. Burda abonentlər üçün 3200 sayğac qoyulub. 

Mexaniki sayğacların quraşdırılması zamanı bir sıra amillər nəzərə alınır. Sayğacın yerləşəcəyi qutunun bir hissəsi torpağın altında basdırılır ki, şaxta ona təsir etməsin. Dövlət tərəfindən qoyulan sayğacları tam yoxlanıldıqdan sonra vətəndaşların mənzillərinə yerləşdirilir. Sayğaclar abonentlərlə müqavilə bağlandıqdan sonra qoyulur. 

Xaçmazın içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin noyabrda yekunlaşması nəzərdə tutulub. Layihə çərçivəsində abonentlər üçün 11 mindən artıq su sayğacının quraşdılması gözlənilir.