Xaçmazda quldurluq və soyğunçuluq edən şəxslər saxlanılıb

24 2017 14:33

Quldurluq hadisəsini rayon sakinləri Sadıqov Vüqar Cəlal oğlu və Cavadov Taleh Ramiz oğlu birlikdə törədiblər. Onlar maskalanmış şəkildə Xaçmaz rayon Hülövlü kənd sakini Qasımova Məsumə Məmməd qızının evinə girərək əmlakını ələ keçirməyə cəhd ediblər. Qadının boğazına dəmir parçasını dirəyərək ondan pul tələb edən şəxslər evdə pul olmadığına əmin olduqdan sonra Məsumə Qasımovaya məxsus telefonu götürərək hadisə yerindən uzaqlaşıblar. İstintaq Vüqar Sadıqov və Taleh Cavadovun birlikdə başqa cinayət əməlləri  törətdiyini də müəyyənləşdirib. 


Xaçmaz rayon Rəhimoba kənd sakini Şeydayev Nəsrulla Şakir oğlu isə soyğunçuluq etdiyinə görə saxlanılıb. O, 11 yaşlı Nicat Nurəhmədovun əlindən mobil telefonu alaraq qaçıb. Polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilən Nəsrulla Şeydayevin bundan əvvəl də oğurluq hadisələrində iştirak etdiyi üzə çıxıb.


Faktlarla bağlı araşdırma davam etdirilir.