Siyəzəndə dəmiryolçu qatarın altında qaldı

30 2017 17:05

Ötən gecə Siyəzən rayonu Gil-gilçay dəmir yolu stansiyasında bədbəxt hadisə baş verib. Bakı şəhərində yaşayan Siyəzən sakini, 1981-ci il təvəllüdlü Eyvazov Samir Kamal oğlu qatarın altında qalıb.


Dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən yaralının hər iki ayağı amputasiya olunub.


Bir uşaq atası Samir Eyvazov Biləcəri lokomotiv deposunda çilingər vəzifəsində çalışırdı. Faktla bağlı araşdırma aparılır.