Xaçmaz növbəti dəfə Beynəlxalq Dolma Festivalına ev sahibliyi edəcək

30 2017 17:36

II Beynəlxalq Dolma Festivalına Xaçmaz ev sahibliyi edəcək.  Festival iyulun 15-də şəhərin şimal girişində yerləşən Çənlibel istirahət parkında təşkil olunacaq. Tədbirdə bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində  bişirilən 300 adda dolma növü sərgilənəcək. Ötən il olduğu kimi bu festivala da böyük axın olacaq. Belə ki, buraya 10 ölkədən və ölkəmizin 50 rayonundan 500-dən yuxarı iştirakçı qatılacaq. Festival ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, qədim ənənəyə malik milli mətbəximizin yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.


Festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Festivalda müxtəlif nominasiya üzrə mükafatlar təqdim olunacaq. Birinci Beynəlxalq dolma festivalı 2016-cı ilin iyul ayının 1-də Abşeron rayonunda keçirilib.