Nazir vətəndaşları qəbul etdi

30 2017 17:40

Mədəniyyət və Turizim naziri Əbülfəs Qarayev şimal rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Xaçmazda keçirilən görüşdə müraciətlər əsasən  turizim sahəsində çalışan şəxslərin xarici dil kurslarına cəlb olunması, tarixi abidələrin bərpası, turizmin ixtisaslı kadrlarla təmin olunması, mədəniyyət obyektləri ilə turizim obyeketləri arasınd qarşılıqlı əlaqələrin yaradılması həmçinin  bölgələrimizə infoturların təşkili kimi mövzuları əhatə edib. 


Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Əbülfəs Qarayev vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edib, bəzi məsələlərin həllinə dair araşdırmalar aparılması üçün tapşırıqlar verib. 


Vətəndaşların müraciətləri dinlənildikdən sonra respublika mədəniyyət işçilərinin müşavirəsi keçirilib. Toplantı Azərbaycanda yeni başlanacaq turizim mövsümünün problemləri və perspektivlərinə həsr olunub.