Qubada 5 yaşlı oğlan meşədə itkin düşüb - VİDEO

29 2017 13:40

Fövqəladə Hallar Nazirliyi Qubada azyaşlının itkin düşməsi faktı ilə bağlı məlumat yayıb.


Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb. 


Azyaşlının atası Atası Namik Əliyev ARB-yə müsahibəsində deyib ki, oğlu dünən saat 16:00 radələrində Qubadakı dağlıq və meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itkin düşüb. Həmin vaxt orda xınayaxdı mərasimi olub. Namik Əliyev oğlunu həyat yoldaşı ilə məclisdə qoyaraq rayon mərkəzinə qayıdıb. Uşaq məclisin keçirildiyi zaldan istirahət mərkəzinin həyətinə çıxıb. Ondan sonra uşağı görən olmayıb. Hazırda Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Hələlik axtarış işləri nəticə verməyib. Əlavə məlumat veriləcək.