Şabranda yaşayış evində yanğın olub - VİDEO

06 2017 16:47

Şabranda ev yanıb. Hadisə rayonun Əmirxanlı kəndində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Kənd sakini Binyət Kərimova məxsus hər mərtəbəsi 70 m2 olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə, 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları 70 m2sahədə və dam örtüyü 130 m2 sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Hadisə zamanı ailə üzvüləri evdə olub. Yanğının mətbəxdəki qaz bolunun partlaması nəticəsində baş verdiyi bildirilir. Zərərçəkən Binyət Kərimov hadisədən bir neçə gün öncə evində toy məclisi keçirib. Faktla bağlı araşdırmal aparılır.