Yeməklərə dad verən sumaq belə hazırlanır- VİDEO

04 2018 09:51

Hündürlüyü üç metrə çatan sumaq ağaclarına daha çox Qubanın dağlıq kəndlərində rast gəlmək mümkündür. Kələnov kəndinin sakinləri yabanı halda yayılan bitkini toplayaraq gəlir əldə edirlər. Sakinlər bildirir ki,  iyul-avqust aylarında yetişən sumağı 1 ay ərzində 50-70 kq bəzən isə 100 kq toplayırlar. 3 kq sumaqdan 1 kq təmiz məhsul alınır. Bu ədviyyat təamlara dad verməklə yanaşı xalq təbabətində də istifadə olunur.

Quba bazarlarında satılan və   stəkanı 1 manat 50 qəpiyə təklif olunan sumağın alıcısı çoxdur.