Qubada ölkə əhəmiyyətli avtomobil yolunun təmiri yekunlaşır- VİDEO

04 2018 10:05

39 km-lik yolun təmiri işlərinə 1 ay öncə start verilib və ötən müddət ərzində 70 faiz iş yerinə yetirilib. Hazırda Quba şəhərinin giriş hissəsinin asfaltlanması prosesi həyata keçirilir. Şəhər mərkəzində yolun təmiri işləri yekunlaşdıqdan sonra Qəçrəş və Qonaqkənd yollarına qədər olan hissədə asfalt-beton örtüyünün yenilənəcək.

 

Layihə çərçivəsində yol 2-ci texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Magistrala yeni asfalt örtüyü döşənir. Asfalt örtüyünün eni 9 metr, qalınlığı 6 sm təşkil edir.

 

Tikinti-təmir işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 3 yerdə yeni avtobus dayanacağı inşa ediləcək, 122 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkiləcək. İşlərin tam olaraq sentyabrın 20-nə kimi yekunlaşdırılması nəzərdə tutulub.