Şabranda qazlaşdırılan kəndlərin sayı 32-yə çatdı- VİDEO

04 2018 15:42

Şabranın Qorğan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1941 metr polietilen və 10 min 521 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.         Kənddəki 101 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Şabranda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 32-yə çatdırılıb. Bu il ölkədə  43 yaşayış məntəqəsi qazla təmin olunub.

Hazırda rayonun Sumağava Qazma kəndində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Tezliklə bu yaşayış məntəqəsinin sakinləri də mavi yanacaqla təmin ediləcək.