Ağır məktəbli çantaları hansı xəstəliklərə səbəb ola bilər?- Video

04 2018 15:50

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər çanta axtarışındadır. Bu məqamda valideynlər çantaların keyfiyyəti ilə yanaşı onların çəkisinə də önəm verməlidir. Adətən I sinif şagirdinin çəkisi 25- 35 kq arasında dəyişsə də  onun çantasının ağırlığı 10 kq-dan da artıq olur. Bu isə şagirdlərin səhətində  sonradan bir sıra fəsadlara səbəb ola bilər. Həkimlər də şagirdlərə ağır çantaları daşımağı məsləhət görmür. Məktəbli çantalarının  ağır olması onurğa xəstəliklərinin yaranmasında başlıca amildir.

Müəllimlər  ibtidai sinif şagirdlərinin dərs yükünün  çox olmadığını bildirir. Çantaların ağır olmasını isə onlara lazım olmayan dərsliklərin və ərzaqların yığılması ilə əlaqələndirirlər.

Müəllimlər şagirdlərin lazım olmayan dərs vəsaitlərinidə məktəbə gətirməkdə maraqlı olduğunu deyir. Belə vəziyyətdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onlar hər gün övladlarının çantalarını yoxladıqdan sonra məktəbə yola salmalıdır. Əks təqdirdə ağır çantalar övladınızın sağlamalığında ciddi fəsadlar yarada bilər.