Xaçmazda yüksək bal toplayan 10 tələbəyə təqaüd kartları verilib- VİDEO

05 2018 15:39

Xaçmazda yüksək bal toplayan məzunlarla görüş keçirilib. Tədbirdə Millət vəkili İlham Əliyev, rayon rəhbərliyi, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr və onların valideynləri iştirak edib. Görüş zamanı yüksək bal toplayan 10 tələbəyə Millət vəkili adından fərdi təqaüd kartı təqdim olunub. Həmin tələbələr təhsil müddətində hər ay 100 manat məbləğində təqaüd alacaqlar. Milli Məclisin deputatı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən  ənənəvi aksiya artıq 8  ildir davam etdirilir.  Bu illər ərzində, ümumilikdə, 81 nəfərə fərdi təqaüd kartı verilib. Bu il Xaçmaz rayonu üzrə ali məktəblərə 414 nəfər qəbul olub.  Onlardan 12-si 600-dən yuxarı bal toplayıb.  Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin məzunu Jalə Rəcəbova isə 700 bal toplayaraq maksimum nəticə göstərib.