Şabranda dərsliklərin məktəblərə paylanılmasına başlanılıb- VİDEO

05 2018 15:42

Şabran şəhər 4 saylı tam orta məktəbdə yeni dərs ilində 520 şagird dərsliklə təmin olunacaq. Məktəblilərə  paylanılacaq kitabların 40 faizi yeni çap olunub.

Yeni dərs ilində  Şabran məktəblərində  təhsil alan şagirdlər üçün 3 min 959  yeni kitab gətirilib. Bu il şagirdlərə veriləcək dərsliklərin 50 faizdən çoxu yeni çap olunan nəşrlərdir.

Şabran Rayon Təhsil Şöbəsindən bildiriblər ki, rayonun tədris müəssisələrinin  dərsliklərlə təminatında çətinlik olmayacaq. Kitabların məktəblərə  paylanılması sentyabrın 10-dək yekunlaşacaq.