“Şabran şəhəri” Tarixi Qoruğunda yeni tapıntılar aşkarlanıb- VİDEO

06 2018 15:58

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun  Şabran rayonu ərazisindən keçən hissəsində tarixin izləri aşkarlanıb. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı Qədim Şabran şəhərinə aid yeni nümunələr tapılıb.

Yeni avtomobil yolunun qoruğun ərazisindən keçən hissəsində  arxeoloji qazıntı səbəbi ilə işlər dayandırılıb. Ekspedisiya zamanı tapılan nümunələrin əhəmiyyətindən aslı olaraq AMEA-nın   Arxeologiya və Etnoqrafiya İnstitutunun yekun rəyinə əsasən yolun tikintisi davam etdiriləcək.

Qədim şəhər 1980-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb.  Tarixi abidə 2003- ildən etibarən “Şabran şəhəri” Tarixi Qoruğu kimi Mədəniyyyət Nazirliyi tərəfindən mühafizə olunur.