Qubanın 2 kəndinə ilk dəfə təbii qaz verilib- VİDEO

06 2018 16:21

Qubanın Ərməki kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1160 metr polietilen boru ilə daşıyıcı xətt çəkilib. Bununla yanaşı 7 min 482 metr müxtəlif diametrli  metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Kənddə 143 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə etməyə başlayıb.

Güney məhəllə kəndinin qazlaşdırılması üçün  isə ümumi uzunluğu 8 min 319 metr  qaz xətləri çəkilib. Bu yaşayış məntəqəsinin 75 abonenti  ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək.

Bununla da Qubada mavi yanacaqla təmin olunan yaşayış məntəqələrinin sayı 63-ə çatdırılıb.