Qusarda sakinlərə 100 min manat ziyan vuran dəstə saxlanılıb- VİDEO

06 2018 17:25

Qusar  sakinlərindən ibarət 10 nəfər dəstə üzvü 2015-ci ildən rayon ərazisində silsilə oğurluqlar törədib. Qrup üzvləri arasında 3 nəfər - Şıxzada Şıxıyev, əvvəllər məhkum olunan Bəhruz Nurullayev və Nadim Ağaxanov şəhər sakini Bəhruz Quliyevə qarşı quldurluq ediblər. Oğurluq məqsədi ilə evə girən dəstə üzvləri ev sahibinə bıçaqla xəsarət yetiriblər.

Ümumilikdə dəstə üzvləri 3 il ərzində rayondakı 17 evdən üzmumi dəyəri 100 min manatadək olan pul, qızıl-zinət və ev əşyaları oğurlayıblar.

Dəstənin 7 üzvü barəsində həbs qəti imkan tədbirləri görülüb. Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.