“Yalama Aqroparkı”nda heyvan sayı 3 minə çatdırılacaq- VİDEO

07 2018 16:53

Xaçmazın Yalama qəsəbəsində yerləşən ölkənin ilk aqroparkında əsas inkişaf heyvandarlıq sahəsindədir. Hazırda Avstriya və Almaniyadan gətirilən cins inəklərdən balaların alınması davam etdirilir. Bu ilin 8 ayı ərzində aqroparkda 82 düyədən ilk balalar alınıb və ilin sonuna qədər bu rəqəmin 250-ə çatması planlaşdırılır. Bu il hədəf heyvandarlıq kompleksindəki ümumi heyvan sayını artırmaqdır.

Heyvan sayı nəzərə alınaraq qarşıdakı aylarda Yalama aqroparkında 3 tövlə və ümumi tutumu 7 min ton olan 3 silos quyusu istifadəyə veriləcək. Bununla da tövlə sayı 9-a, taxıl anbarı isə 7-yə çatdırılacaq. Nəzərdə tutulan layihələrin icrası nəticəsində Yalama Aqroparkında heyvandarlıq sahəsində əsaslı artıma nail olunacaq.