Plastik tullantılar üçün konteynerlər quraşdırılıb- VİDEO

10 2018 16:16

Şabran və Quba şəhərlərində plastik qabların toplanması və çeşidlənməsi üçün  xüsusi konteynerlər yerləşdirilib.Konteynerlər yerli icra hakimiyyətinin müraciətləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi  (ETSN) tərəfindən quraşdırılıb. Rayon mərkəzlərində yerləşdirilən konteynerlər plastik tullantıların qalaqlanması və toplanaraq yandırılması faktlarına qarşısını alacaq. Ümumilikdə bu günə kimi ölkə ərazisində müxtəlif yerlərdə 40-a yaxın belə konteyner yerləşdirilib.