Qırmızı Qəsəbədə yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edir- VİDEO

10 2018 16:26

Yeni ilin gəlişini qarşıladıqları bu bayramda onlar yəhudilər sinaqoqa gələrək dualar oxuyur,  ailədə olan kişilərin sayına görə xoruz kəsir,  ehtiyacı olanlara paylayırlar.  Bundan başqa bayram günlərində dünyanın digər ölkəkələrində yaşayan yəhudilər bir-birini ziyarətə gəlir.

Roş-Ha-Şana bayramında yəhudilərin süfrəsini ilin şirin keçməsinin simvolu sayılan alma və bal, həmçinin balıq başı, yer kökü, nar və digər təamlar bəzəyir. 2 gün davam edən bayram mərasimində onlar sinaqoqa gələrək dualar oxuyur, ehtiyacı olanlara əl tutur, müqəddəs “Tövrat” kitabını oxuyur, Allahdan günahlarının bağışlanmasını diləyirlər.

Yeni ilin ilk 10 günündə yəhudilər sinaqoqa gələrək tövbə edir, müxtəlif dini ainləri yerinə yetirir onuncu gündə isə 24 saat ac qalmaqla oruc tutur və Yom Kipur bayramını qarşılayır.

3 mindən artıq dağ yəhudisinin yaşadığı Qırmızı Qəsəbədə 13 sinaqoq var. Hazırda onlardan 2-də qəsəbə sakinləri dini ayinlərini həyata keçirir.