Qusarın 2 kəndinin qazlaşdırılması işləri yekunlaşır- VİDEO

11 2018 16:11

310 abonenti olan Cibir kəndində qazla təminatı istiqamətində işlərə start verilib. 700 abonentin olduğu Piral kəndində isə evlərə sayğac və fərdi tənzimləyicilər quraşdırılır.

Cibir kəndinin qazla təmin olunması üçün ümumilikdə 21 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunacaq. Ötən müddət ərzində işlərin 40 faizi görülüb.

Qusarda 90 yaşayış məntəqəsindən 45-i qazla təmin olunub. Piral və Cibir kəndlərində isə mindən çox abonent mavi yanacaqda yaxın vaxtlarda istifadə edə biləcək.