Elan saytlarında tanışlıq axtaranlar- VİDEO

11 2018 16:27

Son vaxtlardan müxtəlif alış veriş saytlarında xanımla tanış olmaq istəyənlərin sayı artıb. İlk baxışdan gülməli olsa da bunu edən yüzlərlə insan var. 

Fotoşəkillərini, özləri haqqında məlumatı və telefon nömrələrini müxtəlif elan saytlarında qeyd edərək axtarışda olanlar sonradan yarana biləcək fəsadlardan xəbərsizdir.

 
Ekspertlər bu növ elanlara xüsusi nəzarət edilməli olduğunu deyir. Bu addıma görə cavabdehlik məhz həmin elan saytlarının üzərinə düşür. Ekspertlər bir çox məlumatların qeyd edildiyi belə elanlar vasitəsiylə şantaj edilənlərin də az olmadığını deyirlər. Digər tərəfdən pul müqabilində tanışlıq və ya digər əməllər insan alverinin predmeti qəbul edilə və cinayət tərkibi hesab oluna bilər.