Qubada müəllimlərə olan təlabatın 80% həll olunub- VİDEO

12 2018 16:25

Yeni dərs ili üçün ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə Quba 200-ə yaxın vakant yer təqdim edib. Nəticədə rayon üzrə pedaqoqlara olan təlabatın 80 faizi ödənib.  Ehtiyac daha çox kimya, biologiya, riyaziyyat və fizika müəllimlərinədir. Çatışmazlığın tam təmin olunmamasının səbəbi isə rayonun ərazisinin əsasən dağlıq olması, kəndlərin mərkəzdən uzaqda yerləşməsidir.

Bu il ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə  Qubaya 100-ə yaxın yeni pedaqoq təyinat alıb. 30 yaxın müəllim isə yerdəyişmə əsasında rayonun təhsil ocaqlarını seçib. Müddətli müqavilə ilə işə götürülən pedaqoqların sayı isə 30 nəfərdir. Qubaya gələn yeni müəllimlər arasıında gənclər üstünlük təşkil edir.

Hazırda Qubanın ümumtəhsil məktəblərində  3 mindən çox pedaqoq çalışır.